18.09.2026 - 12:56
Ölkə 16 baxış

Azərbaycanda ət qiymətləri artacaq? – Ekspert rəyi

Azərbaycanda havaların soyuması ilə ətə olan tələbatın artması qiymətlərə təsir edə bilər. Bu vəziyyət qarşıdakı aylarda ətin qiymətində kəskin bahalaşma ehtimalını gündəmə gətirir.

Minval.info xəbər verir ki, liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ət bazarında qiymət dinamikasına təsir edən amilləri açıqlayıb. Ekspertin fikrincə, havaların soyuması ilə insanların qidalanma vərdişlərində dəyişikliklər baş verir və bu, ətə olan tələbatı artırır. Lakin tələbatın yüksəlməsi qiymətlərin dərhal kəskin bahalaşacağı anlamına gəlmir.

Akif Nəsirli bildirib ki, qiymətlərin formalaşmasında təklif tərəfi də vacibdir. Hazırda Azərbaycanda ət bazarına təsir edən bir neçə amil mövcuddur. Mövsümi tələbat artımı qiymətlərə təzyiq göstərsə də, idxal imkanları və daxili istehsal qiymətlərin sürətli yüksəlməsinin qarşısını qismən alır. İdxal olunan ətin qiymətində artım müşahidə olunur ki, bu da yerli bazarda bahalaşma riski yaradır.

Ekspertin sözlərinə görə, heyvandarlıq sektorunda yem, logistika və əmək xərclərinin yüksək olması istehsalçıların maya dəyərini artırır. Bu da nəticədə satış qiymətlərinə təsir edir. Yaxın həftələrdə kəskin bahalaşma gözlənilmir, lakin tədrici və məhdud artım ehtimalı yüksəkdir.

Akif Nəsirli əlavə edib ki, qarşıdakı aylarda ətin bahalaşması ehtimalı ucuzlaşma ehtimalından daha yüksəkdir. Mövsümi tələbat artımı, heyvandarlıq xərclərinin yüksəlməsi və idxal məhsullarının bahalaşması qiymətlərə təsir edən əsas amillərdir. Yaxın perspektivdə ət bazarında kəskin ucuzlaşma deyil, daha çox qiymət sabitliyi və ya məhdud artımlar gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: