Azərbaycanda ən çox alınan avtomobil markaları arasında Çin istehsalı üstünlük təşkil edir
Azərbaycanda minik avtomobillərinin sayı artmaqda davam edir. 2025-ci ilin sonunda ölkədə bu avtomobillərin sayı 1 milyon 676 min 80-ə çatıb. Xüsusilə Çin avtomobil markalarının bazarda ciddi şəkildə yer aldığı müşahidə olunur.
Minval.info xəbər verir ki, “Changan” və BYD markaları Azərbaycanda böyük artım göstərib. “Changan” markası bir il ərzində 29,8 min avtomobil əlavə edərək, 8 min 950-dən 38 min 784-ə yüksəlib. BYD isə 4 min 83-dən 19 min 799-a çataraq, 15 min 716 avtomobil artışı ilə diqqət çəkib.
JAC və “Tesla” kimi markalarda da artım müşahidə olunub. JAC avtomobillərinin sayı 258-dən 916-ya, “Tesla”ların sayı isə 535-dən 1 144-ə yüksəlib. Bu artımlar, Çin mənşəli avtomobil markalarının Azərbaycan bazarında gücləndiyini göstərir.
“Hyundai”, “Toyota” və “KIA” markalarında da artım müşahidə olunur. “Hyundai” 142 min 814-dən 153 min 983-ə, “Toyota” 115 min 151-dən 124 min 922-yə, “KIA” isə 97 min 753-dən 106 min 962-yə çatıb.
VAZ markasının isə azalması diqqət çəkir. “VAZ-2101, 03-06” modellərinin sayı 2024-cü ildəki 199 min 68-dən 2025-ci ildə 190 min 874-ə düşüb. Bu isə köhnə sovet dövrü avtomobillərinin bazarda yer itirdiyini göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əmlak bazarında qiymətlərin yüksəlişi gözlənilir
Vahid Ələkbərov Rusiyada dividend gəlirində birinci oldu
Rusiyada maaşlar artır, amma əhalinin maddi vəziyyəti yaxşılaşmır
Qətərdən Avropa və Asiyaya qaz tədarükü təxirə salındı
ABŞ və Çin arasında 60 milyard dollarlıq ticarət razılaşması
MTV VMA 2026: Taylor Swift yenidən tarix yazdı
ABŞ və Çin Tramp-Xi sammitindən sonra tarif endirimlərini müzakirə edir