Azərbaycan və ABŞ enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və ABŞ-nin “Brookfield Asset Management” şirkəti arasında enerji keçidi, enerji saxlancı və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Minval.info xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib. O, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Konor Teski ilə görüşdüyünü bildirib.
Mikayıl Cabbarovun sözlərinə görə, görüşdə şirkətin real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti çərçivəsində Azərbaycanda investisiya marağı doğuran sahələr və mümkün layihələr ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin rəqəmsal infrastruktur və digər istiqamətlərdə investisiya imkanlarının araşdırılması məsələləri də nəzərdən keçirilib.
Mercedes Almaniyada yatırımları dayandırdı, zavod bağlamaları müzakirə edir
Bundan əlavə, nazir “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri Robert F. Smith ilə də görüş keçirib. Bu görüşdə ölkəmizin investisiya potensialı, qlobal maliyyə bazarlarında yaranan imkanlar və qarşılıqlı maraq doğuran yeni investisiya istiqamətləri müzakirə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mercedes Almaniyada yatırımları dayandırdı, zavod bağlamaları müzakirə edir
Azərbaycanda 100 məktəb adambaşı maliyyələşməyə keçir
Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə təsir edə bilər
Nvidia CEO-nun istefası süni intellekt sektorunda narahatlıq yaradır
Pensiya və sosial müavinətlərin artımı açıqlanıb
Azərbaycan neftinin qiyməti yüksəldi