Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə birgə təlimlər keçirilib
Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qüvvələrinin iştirakı ilə “Birliyin Gücü – 2026” adlı birgə hərbi təlimlərdə şərti düşmən hədəflərinə zərbələr endirilib. Təlimlərdə aviasiya vasitələrinin iştirakı ilə müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqlar icra olunub.
Minval.info xəbər verir ki, Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda təlimlərin planına uyğun olaraq şəxsi heyət, silah və texnika, eləcə də aviasiya vasitələrinin cəlb edildiyi bildirilir. Aviasiya vasitələri müəyyən edilmiş marşrutlar üzrə müxtəlif yüksəkliklərdə manevrlər edərək, şərti düşmənin hava hədəflərinə və yerüstü mövqelərinə zərbələr endirir.
Təlimlərin əsas məqsədi pilotların praktiki vərdişlərini təkmilləşdirmək və aviasiya vasitələrinin şəxsi heyətlə koordinasiyasını gücləndirməkdir. Bununla yanaşı, onlar mürəkkəb hava və relyef şəraitində təlim tapşırıqlarını yerinə yetirmə qabiliyyətlərini yoxlayırlar.
Bu cür təlimlər ölkələr arasında hərbi əməkdaşlığı möhkəmləndirmək və birgə fəaliyyətin effektivliyini artırmaq məqsədi daşıyır. Aviasiya vasitələrinin ustalıqla icra etdiyi manevrlər isə iştirakçı ölkələrin hava qüvvələrinin peşəkarlığını nümayiş etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Amil Mustafayevin döyüş yolunda qazanılan qəhrəmanlıq nümunələri
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO