Azad olunan ərazilərdə işləyən şəxsdən narkotik götürülüb
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində üzərində narkotik vasitə olan şəxs aşkar edilərək məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, daxil olan məlumat əsasında Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayon sakini Namiq Novruzov saxlanılıb.
İşğaldan azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı olan N.Novruzovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yevlaxda qadın özünü kanala atıb
Cəlilabadda ana və qızını qətlə yetirmiş şəxs Bakıda saxlanılıb
Azərbaycanda qorxunc cinayət - Anasını boğdu, sonra meyiti yandırdı
Balakəndə 1 t 200 kq narkotik vasitə məhv edilib