"Azərsu" tariflərin artırılmasını şərh edib
“Azərsu” ASC Tarif Şurasının qərarı ilə su-kanalizasiya tariflərinin artırılmasını şərh edib.
Minval.info xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov açıqlama verib.
“Su təchizatı tarifləri sonuncu dəfə 2016-cı ildə təsdiqlənib. Ötən müddətdə əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklər xidmətlərin maya dəyərinin, istehsal, istismar xərclərinin artmasına təsir göstərib. Bir sıra iqtisadi faktorları göstərmək istəyirəm. Ən mühüm faktor həmin dövr ərzində ASC-nin xidmət göstərdiyi abonentlər 250 min artıb. Bununla yanaşı, xidmət sahəsi 50%-dən 70%-ə yüksəlib, eyni zamanda cəmiyyətin əsasən Bakı şəhəri daxil olmaqla digər rayon və şəhər mərkəzlərinin fasiləsiz su təminatı faizi xeyli yüksəlib”, – o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
1360 maşın postlardan geri qaytarılıb
Ailəni xilas edən azərbaycanlı: "Biz Ukrayna vətəndaşlığını qəbul etmədik"
Zorladığı iddia edilən qızlarla bağlı yeni TƏFƏRRÜATLAR
Niyə gənclər xaricdə təhsilə üstünlük verir? – Tələbələr danışdı
Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib