"Azərsu"dan şikayəti olanların işi asanlaşdı
Bu gün “Azərsu” ASC “e-Su.az” portalını istifadəyə verilib.
Portal vətəndaşların “Azərsu”ASC-yə müraciətlərini asanlaşdırır və portal vasitəsilə ASC ilə bağlı bütün əməliyyatlar həyata keçirmək mümkün olacaq. Bu barədə “Azərsu” ASC-nın Elektron İdarəetmə və Müasir Texnologiyalar Departamentinin rəisi Emil Əhmədov deyib.
Onun sözlərinə görə, portal su istehlakçısının şəxsi kabineti olaraq fəaliyyət göstərir. Sistemə elektron bildiriş və “Azərsu”ya şikayətlərin göndərilməsi kimi xidmətlər öz əksini tapacaq. Sistem vahid platforma şəkilində yığılıb. Hələlik 8 elektron xidmət portala daxil edilib. Sistemə “myGov” portalı üzərindən də keçid əldə etmək mümkündür.
“E-Su” portalında istehlakçı ərazilərdə su xətlərində baş verən qəzalarla bağlı bildirişlər alacaq, hətta öz şikayətlərini də qeyd edə biləcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər