“Azərlotereya” ASC Gəncədə uduşlu biletlərin qəbuluna başlayır
Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin Gəncə şəhərində uduşlu bilet qəbulu başlayıb.
Fevralın 24-ündən etibarən 3 000 manatdan böyük uduşlu biletlər Gəncə şəhəri, Fətullah Həsənov küçəsi 15B ünvanında qəbul olunur.
“Azərlotereya” tərəfindən təşkil olunan lotereyalar və idman mərc oyunlarında qazanılan 3000 manatdan böyük uduşlar buna qədər yalnız Bakı şəhəri Ziya Bünyadov prospekti 38C ünvanında yerləşən “Bakı KOB Evi”ndə qəbul olunurdu.
Lotereya və idman mərc oyunlarında 3000 manatdan böyük uduşlu biletlər “Azərlotereya” ASC tərəfindən qəbul edildiyi tarixdən başlayaraq 30 iş günü ərzində qalibin təqdim etdiyi bank hesabına ödənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messinin oğlu “Barselona”nın buraxdığı qola sevindi - Video
Konte 3 futbolçunun “Qarabağ”la oyunundan razı qalıb
"Neftçi"dən ayrılan Rəşad Eyubovun yeni klubu müəyyənləşib
Gənclərin ilk çimərlik futbolu kubokunun final mərhələsi baş tutub
Yeni Malatyaspor - Fenerbahçe - CANLI
“Neftçi”nin prezidenti keçmiş işçisini polisə verdi