“Azərişıq” ASC-nin işçisinin ölümü ilə bağlı cinayət işi açılıb
Kürdəmir Elektrik Şəbəkəsi ustasının faciəvi ölümü ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, hazırda istintaq aparılır.
Qeyd edək ki, hadisə dekabrın 8-də rayonun Xırdapay kəndi ərazisində baş verib. Belə ki, həmin kənd sakini, 1968-ci il təvəllüdlü Əhliman Xəlilovu elektrik cəryanı vuraraq öldürüb. Məlumata görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) daxil olan Kürdəmir Elektrik Şəbəkəsində usta işləmiş Ə.Xəlilov saat 19 radələrində Xırdapay kənd ərazisində beton olan elektrik xəttini təmir edirmiş. Bu zaman onu elektrok cəryanı vurub və Ə.Xəlilov hadisə yerində ölüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı