02.09.2018 - 17:28
Hadisə 22 baxış

Azərbaycanlılar Almaniyada irqçi hücuma məruz qaldılar

Almaniyanın Rostok şəhərində üç azərbaycanlı tələbə hücuma məruz qalıb.

Oxu.Az “DW”yə istinadla xəbər verir ki, hadisə sentyabrın 1-də baş verib, polis isə bu barədə sentyabrın 2-də məlumat yayıb.

Şənbə günü şəhərarası elektrik qatarını gözləyən üç azərbaycanlı gəncə qadınla kişi yaxınlaşıb. Onlar irqçi şüarlar səsləndirərək, həmyerlilərimizi təhqir ediblər.

Daha sonra kişi tələbələrdən birinə dəyənəklə zərbə endirib və cütlük hadisə yerini yaxınlaşan qatarla tərk edib.

Rostok polisi tədqiqatlara başlayıb və hadisənin şahidlərini arayır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: