25.12.2018 - 11:43
Vacib 3 baxış

Azərbaycanlı xanım Mənsur Şərifə milyon dollarlıq maşın hədiyyə etdi? - Foto (Açıqlama)

“Maşın şou”dan səs toplaya bilməyərək ayrılan tanınmış vayner-aktyor Mənsur Şərifə bahalı avtomobil hədiyyə edilib.

Minval.info xəbər verir ki, Kaliforniyada yaşayan və “Pagani” avtomobil şirkətinin sahibi olan azərbaycanlı Ulmila xanım Mənsur Şərifin “Maşın şou”da çıxdığı dueldə səs toplaya bilməyərək ayrılmasına biganə qalmayıb və ona jest edib. O, Mənsura 2.8 milyon qiyməti olan “Pagani-Narcia” maşını hədiyyə etdiyini açıqlayıb.

Ulmila adlı xanım “Bu maşın sənindir. İstədiyin zaman avtomobili sənə göndərə bilərəm, yarışmanın tək qalibi sənsən” – sözlərini deyib.

***

Videobloqer Mənsur Şərifə avtomobil hədiyyə verilməsi ilə bağlı xəbərlərə reaksiya verib. O, həmin xəbəri paylaşaraq yarı zarafat, yarı ciddi “da bu qədər də yox da” sözlərini yazıb. Vayner məlumatı inkar və təsdiq də etməyib.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: