Azərbaycanlı şəxs yemək yeyib ağzını pulla sildi - VİDEO
Rusiyada yaşan azərbaycanlı Anar Zeynalov paylaşdığı video ola tənqid atəşinə tutulub.
Minval.info xəbər verir ki, Rusiya vətəndaşı olan A.Zeynalov paylaşdığı videoda yaşadığı vəziyyəti göstərməyə çalışıb. Belə ki, Zeynalov yemək yeyən zaman özünü videoya çəkib və masanın üzərində olan rus pulları ilə ağzını silib:
“Bu gün cümədir. Hər şey əladır. Ağzımı 5000 rublla silirəm. Mənə salfet ilə ağız silmək yaraşmaz axı”.
Bu video sosial şəbəkələrdə tənqid edilib. Azərbaycanlı istifadəçilər “Sənin kimilərə görə orada bizə hörmət qoyulmur” kimi şərhlər yazıblar.
Qeyd edək ki, Anar Zeynalov daha əvvəl də Ramzan Kadırov və Putinə etdiyi videolu müraciətlərlə gündəmə gəlib. Onun bu davranışları həmin günlərdə də birmənalı qarşılanmayıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
