Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə məcbur edən Arifə - TƏFƏRRÜAT
Ali Məhkəmədə azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Arifə Abaszadənin kassasiya şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, qadının kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, A.Abaszadə Azərbaycan vətəndaşı olan qadınları aldadaraq Türkiyəyə aparıb. O, qadınları Türkiyədə dayə, xadimə və digər bu kimi işlərlə təmin edəcəyinə vəd verib.
Lakin qadınları otellərə yerləşdirəndən sonra onların ümumvətəndaşlıq sənədlərini əllərindən alıb. Sonra da qadınları ayrı-ayrı ünvanlarda pul müqabilində kişi müştərilərlə görüşdürüb.
Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.
Zərərçəkmişlərin şikayəti əsasında A.Abaszadənin barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq dövründə və birinci instansiya məhkəməsi dövründə A.Abaszadənin barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və günahkar məhkəmə zalındaca həbs edilib.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Hökmdən narazı qalan A.Abaszadə apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiq edilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə A.Abaszadənin şikayəti təmin edilməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı