Azərbaycanlı müğənni ölkəni birdəfəlik tərk etdi
Tanınmış müğənni Niyam Salaminin ölkəni birdəfəlik tərk etməsi ilə bağlı mətbuatda xəbərlər dolaşır.
Bəziləri isə onun həmkarı Samir Piriyevlə şərik olaraq, restoran biznesinə başladığını bildirib.
Minval.info-nun məlumatına görə, müğənni bu barədə Milli.Az-a açıqlama verib:
“Bəli, artıq bir müddətdir ki, Türkiyədəyəm. Həmkarım Samirlə burada bir restoran açmışıq. Həm rəhbərik, həm də restoranda həftədə bir dəfə səhnə alacağıq. Demək olar ki, birdəfəlik Türkiyəyə köçmüşəm. Ayda, ildə bir dəfə gələcəyəm, əgər normal toy olarsa, oxuyub gedəcəyəm. Mart ayında 1-2 günlük gəlməliyəm. Məkanlardan birində konsert verməyimi istəyiblər, razılaşsam, gəlib, daha sonra qayıdacağam”, – deyə müğənni bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır