Azərbaycanlı müğənni meydan oxudu: "Bununla bitməyəcək" - VİDEO

Gənc müğənni Cahanın ilk klip təqdimatı baş tutub.
Minval.İnfo xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan təqdimatda müğənni “Uğurlar” adlı mahnısına çəkilən klipi nümayiş etdirib.
Sözləri Mehman Əhmədlinin, musiqisi isə Tunar Rəhmanoğlunun olan mahnıya klipi rejissor Şəhriyar Zeyni çəkib.
Cahan klip haqda danışarkən bildirib ki, bu, hələ başlanğıcdır: “Yeni-yeni işlərimizlə şou-biznes bazarına fırtına kimi girəcəyik. Bu sənətdə yeni olmağıma baxmayaraq, əmin ola bilərsiniz ki, qısa zamanda bir çoxlarını qabaqlayıb, öz layiq olduğum yeri tutacağam. Bununla bitməyəcək. Bir müddət sonra maraqlı layihələrlə sizin görüşünüzə gələcəyəm”.
Qeyd edək ki, təqdimatda Cahanın sənət dostları və media nümayəndələri iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır


