07.01.2019 - 11:40
Azərbaycanlı müəllim şagirdlərə belə dərs keçdi
Təhsil 21 baxış

Azərbaycanlı müəllim şagirdlərə gecə saat 4-də dərs keçdi (Video)

Azərbaycanlı müəllim şagirdlərə belə dərs keçdiABŞ-da yaşayıb-fəaliyyət göstərən azərbaycanlı müəllim Cəfər Cəfərov maraqlı addımı ilə gündəmə gəlib.

Dünyanın top universiteti “Stenford”un PHD məzunu, Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl mükafatçısı Cəfər Cəfərov Amerika vaxtı ilə gecə saat 4:06-da Bakıya canlı bağlanaraq azərbaycanlı şagirdlərə “Skype” vasitəsilə beynəlxalq olimpiadalara hazırlıq dərsi keçib. Bu barədə məlumatı və görüntüləri Təhsil Nazirliyinin İctimai Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov Feysbuk səhifəsində yayıb.

Qeyd edək ki, bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Gənc müəllimin bu addımı hər kəs tərəfindən alqışlanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: