Azərbaycanlı model 40 kiloluq gəlinliklə podiuma çıxdı – Fotolar
Azərbaycanlı modellər Nigar Qədirli və Kənan Mehdi Rusiyanın paytaxtı Moskvada keçirilən “Moscow İnternational Fashion Fest”də podiuma çıxıb.
Musavat.com xəbər verir ki, türkiyəli dizayner Güler Baysalın kolleksiyasını nümayiş etdirən modellər festivala “ADDIM” Gənclər Təşkilatının dəstəyi ilə qatılıblar. Belə ki, “Miss&Mr National Azerbaijan” gözəllik yarışmasının onlayn səsverməsi zamanı qalib olan gənclər sözügedən festivalda iştirak şansı qazanıblar.
Diqqət çəkən məqamlardan biri də Nigar Qədirlinin təqdim etdiyi gəlinlik libası olub. Həm görünüşü, həm də çəkisi ilə maraq obyekti olan geyimin çəkisi 40 kiloqramdan çox olsa da, model xanım podiumda məharətlə addımlayıb.
Qeyd edək ki, sentyabrın 20-də final gecəsi keçiriləcək “Miss&Mr National Azerbaijan” müsabiqəsində iştirakçılar dizayner Güler Baysalın xüsusi olaraq hazırladığı çimərlik geyimlərini təqdim edəcəklər.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır