Azərbaycanlı idmançı “Niva” ilə qəza törətdi - Ağır xəsarət alıb
Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzası törədib.
Minval.info “Report”a istinadən xəbər verir ki, idmançı “Koroğlu” metrostansiyasının yaxınlığında özünün “Niva” avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşub.
F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat edilib.
Qeyd edək ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı