Azərbaycanlı gənc Rusiyada deputat seçilib
Azərbaycanlı Rusiyanın Tuva Respublikasının paytaxtı Qızılın şəhər şurasının 5-ci çağırışında deputat seçilib.
İnterAz xəbər verir ki, bununla bağlı Rusiya azərbaycanlılarının vahid informasiya portalı olan AZRU məlumat yayıb.
Tuva Respublikasının karate federasiyasının sədri, respublikanın yığma komandasının baş məşqçisi, məşhur idmançı və tanınmış ictimai xadim, Rusiyadakı Azərbaycan diasporunun fəalı Çingiz Əliyev Rusiya Federasiyasında qanunverici orqanlara keçirilən seçkilərdə deputatlıq adını qazanan Taleh Mahmudov (Krasnoyars), Bəhruz Qumbatov (İjevsk) və Əliş Məmmədovdan (Yakutiya) sonra dördüncü azərbaycanlı olub.
Çingiz İsaxan oğlu Əliyev 1982-ci ildə Gürcüstanın Qardabani rayonunda doğulub, 1999-cu ildən isə Tuva Respublikasında yaşayır. Müasir Humanitar Akademiyada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.
Dəfələrlə Rusiya, dünya və Avropada keçirilən karate yarışlarında çempion olub və mükafatlar qazanıb, qara kəmər ustasıdır, Tuva Respublikasında karate federasiyasının banisidir.
Əlavə edək ki, həmyerlimiz Rusiya Federasiyasında keçirilən bir çox ictimai tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Çoxlu sayda təşəkkür məktubu, diplom və fəxri fərmanlarla təltif edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
67 yaşlı təqaüdçüyə təcavüz etdilər - Meyitini meşəyə atdılar
Azərbaycanlı qadınlar Türkiyədən qovuldu
Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə
Gorusda vəziyyət necədir?
Sabahın HAVA PROQNOZU
Gürcüstanın azərbaycanlı müharibə veteranı Baş nazirə müraciət edib
"Barselona"nın Arda Turan planı üzə çıxdı