Azərbaycanlı bloqer özünə ən son model "Rolls-Royce" aldı – FOTO
Rusiyada bloqerlik fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənov çoxdankı arzusunu reallaşdırıb.
Hüseyn özünə sayca üçüncü lüks “Rolls-Royce Cullinan” avtomobilini alıb.
Məşhur bloqer avtomobilləri ilə foto çəkdirib və sosial media hesabında paylaşaraq bu sözləri yazıb: “Desəm ki, xoşbəxtəm, bu, heç bir şey demək deyil. Bəli! Hər birinizə hazırda hiss etdiklərimi arzu edirəm. Bu, elə-belə avtomobil deyil, bu, bir hədəfdir, hansı ki 25 yaşımda gerçəkləşdirdim”. Dəbdəbəli və ən son model olan avtomobilin qiyməti təxminən 686 min manatdır.
Xatırladaq ki, H.Həsənovun bundan savayı şəxsi qarajında qırmızı rəngdə “Geländewagen” və “Lamborgini” markalı avtomobilləri var.
Qeyd edək ki, H.Həsənov Rusiyada anadan olub, əslən azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan H.Həsənov hazırda sahib olduqlarına görə, elə özünə borcludur. O, Rusiyada ən populyar bloqerlərdən biridir. İş adamının 13 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan H.Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. O, restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez gələn H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.
https://www.instagram.com/p/CAsgHj_p7TN/
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!