Azərbaycanlı biznesmen suşi yeməyə getdi, 2.5 milyonu oğurlandı
Azərbaycandan olan biznesmen Rusiyanın Sankt-Peterburq şəhərində, Petrovsk sahilboyunda yerləşən yapon restoranında öz həmyerlisi ilə yemək yeyəndən sonra pulunun və qiymətli əşyalarının oğurlandığını bilib.
Virtualaz.org xəbər verir ki, biznesmen Petroqrad rayon polis idarəsinə oğurluq faktı ilə bağlı şikayət verib.
Adı açıqlanmayan 59 yaşlı biznesmenin sözlərinə görə iyunun 23-də səhər saat 4 radələrində restorandan çıxıb və bu zaman bahalı qaşlarla bəzədilmiş qızıl üzüyünün, smartfonunun və pullarının yoxa çıxdığını görüb. O, dəyən ziyanı 2.5 milyon rubl həcmində qiymətləndirib. Həmin şəxsin kommersiya firmalarından birinin direktorlar şurasının üzvü olduğu bildirilir.
Biznesmen ifadəsində göstərib ki, pulunun və qiymətli əşyalarının yoxa çıxmasından əvvəl o, az tanıdığı həmyerlisi ilə restoranda spirtli içki içib, suşi yeyib.
Şübhəlini götürdüyü telefonun sayəsində tezliklə yaxalamaq mümkün olub. Məlum olub ki, o heç yerdə işləməyən 40 yaşlı Azərbaycan vətəndaşıdır. Onu Ermitaj rayonunda iyunun 25-nə keçən gecə yaxalayıblar, barəsində cinayət işi qaldırıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bodrumda 5 ulduzlu otelə silahlı hücum - Yaralılar var - Video
Məşhur “Youtuber qardaşlar” tutuldu – FOTOLAR
Bakıda dayısının himayəsində qalan 11 yaşlı qız evdən qaçıb - Təfərrüat
Doğuşdan sonra ölən ana ilə bağlı TƏBİB-dən - Açıqlama
Ordudan tərxis olunmaq istəyən rəisi aldadıb 10 minini alıblar
Bakı metrosundakı dəhşətli qəzadan 26 il keçdi
İki yaşlı uşaq su nasosu ilə oynadı, elektrik cərəyanı vurdu