Azərbaycanın yeganə qadın gəmi kapitanı - VİDEO

Azərbaycanın yeganə qadın yaxta kapitanı dəniz işlərini öyrədir. Müəllimlik fəaliyyətindən başqa, Tatyana Srebnaya çox vaxt yelkənli qayıq idmanı yarışlarında da iştirak edir.
Oxu.Az xəbər verir ki, “MİR 24” telekanalı Srebnaya haqqında süjet hazırlayıb.
“Mən dəniz kənarında yaşayıram, dənizdə işləyirəm və dənizdə istirahət edirəm. Həyatımı dənizsiz təsəvvür edə bilmirəm”, – qadın etiraf edib.
Dənizçi qızı olan Srebnaya taleyini 1980-cı illərdən su ilə bağlayıb. Sevastopolda keçirilən Sovetlər Birliyi donanmalarının idmançıları arasında keçirilən müsabiqədə Azərbaycanı təsmil edən yeganə qadın olub. Öyrəşmədiyi hava şəraiti və başqa dəniz Tatyana ilə qəddar zarafat edib və onun qayığı çevrilib.
“Su soyuq idi və bədəni dondururdu. Məni xilasedici qayıqla sudan çıxardılar. Orada məşqçi oturmuşdu və dedi:
“Sizin fiziki hazırlığınız budur. Mən hər şeyi sizin məşqçilərinizə deyəcəyəm”, – Srebnaya xatırlayır.
O zaman Tatyana medal udmayıb, ancaq öz xarakterini göstərib. Bir neçə il sonra həmin yarışda qızıl medal qazanıb. İndi o, dənizə yaxta kapitanı kimi çıxır.
Tatyana quruda da, dənizdə də öz yaxtasını arzulayır. Dünya səyahətinə çıxmaq istəyir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yasamalın polis rəisi tibb mərkəzi ilə bağlı məhkəməyə müraciət edib
Azərbaycanda məscid imamlarına veriləcək maaş açıqlandı
Sabahın hava proqnozu açıqlanıb
Avtomobilində qaçaq yolla araq və PS4 keçirmək istəyən şəxs yaxalandı - FOTO
Bakıda gəmi yandı — Rəsmi açıqlama + VİDEO