Azərbaycanın ilk qorxu filmi olan "Xənnas"ın təqdimatı baş tutdu - FOTO
“Film çox keyfiyyətlidir. Heç bir onlayn platformada yayımlanmayıb və “Xənnas” A kateqoriyalı beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edib. 2017-ci ildə “Azərbaycanda ən yaxşı kinoteatr filmi” mükafatına layiq görülüb. Filmimizdə çəkilən aktyorlar hazırda ölkənin ən çox tanınan və ən çox axtarılan kast heyətidir. İndi onlar 6 il öncədən daha çox tanınırlar. Sosial şəbəkələrdə bizə çoxlu müraciətlər olurdu ki, filmi necə izləyək? Bu səbəbdən də qərara gəldik ki, yenidən kinoteatrlarda nümayiş etdirilsin.
İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. İlkinin gözünə görünən molla meyitləri bu evdə dəhşətli bir hadisənin baş verməsinə dair işarə olur. Filmin gedişatında dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir və məlum olur ki,bu cinlər İlkinin babasından başlayaraq nəslindəki bütün kişiləri öldürürmüş. Bunlara səbəb isə babasının sovet vaxtı bir qrup dindar insanları qətlə yetirməsi olub. Bu lənəti götürməyə çalışan dostlar həmin mollaların sümüklərini tapır və onları basdırmağa səy göstərir.Paranormal hadisələrlə onlara mane olan qara qüvvələr dostların gecəsini kabusa çevirir.
Film 6 apreldən etibarən Azərbaycanın bütün kinoteatrlarında nümayişdədir.








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi
