26.08.2021 - 11:31
Maliyyə
3 baxış
Azərbaycanın bank sektorunda müştəri hesablarının sayı bu il 2,6 mln artıb

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun müştəri hesablarının sayı aylıq müqayisədə 1,9 % və ya 449 min 302 ədəd artaraq 23 milyon 765 min 975-ə çatıb.
“Minval.info” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, hesabların 85,3 %-i və ya 20 milyon 80 min 384-ü cari hesablar, 13,7 %-i və ya 3 milyon 245 min 898-i kredit hesabları, 1 %-i və ya 239 min 693-ü isə depozit hesabları təşkil edib. İyul ayında cari hesablar 1,8 %, kredit hesabları 3 %, depozit hesabları 1,9 % artıb.
Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank sektorunda müştəri hesablarının sayı 2 milyon 586 min 458 ədəd və ya 12,2 % artıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
13.07.2023 - 14:40
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
22.05.2023 - 12:20
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
28.03.2023 - 11:40
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
08.02.2023 - 14:15
Bank kartlarından da vergi tutulacaq? - İZAH
03.02.2023 - 13:17
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB
30.01.2023 - 15:57
Altı təklifdən ən sərfəlisini seç!
19.01.2023 - 12:13