“Azərbaycanı sevirəm, amma…” – Müğənninin sözləri etiraz doğurdu

Güney Azərbaycandan olan tanınmış müğənni Əli Pormehrin İnstaqram səhifəsindəki paylaşımı azərbaycanlıların etirazına səbəb olub.
Teleqraf.com xəbər verir ki, Təbrizdəki son konserti haqda danışan müğənni Azərbaycan və Türkiyə bayraqlarını səhifəsində görmək istəmədiyini bildirib.
Müğənni “mənim ölkəm İrandır” deyərək, azərbaycanlı internet istifadəçilərini səhifəsində “başqa ölkələrin” bayrağını yaymamağa çağırıb:
“Mən Azərbaycan, “Traktor” və ana dilimi çox sevirəm. Lakin bunu heç zaman İran coğrafiyasının kənarında istəməmişəm və istəməyəcəm. Mənim fəaliyyətimə yalnız mədəniyyət gözü ilə baxın. Mən siyasi deyiləm, məni siyasiləşdirməyin”.
Sənətçinin fikirləri Güney Azərbaycandan olan fəalların etirazına səbəb olub.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır