Azərbaycanı “Eurovision”da o təmsil edəcək - Fotolar
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision-2020” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.
Şirkətdən Musavat.com-a bildirilib ki, bu il Azərbaycanı Rotterdamda (Niderland) Samirə Əfəndi təmsil edəcək.
Məlumata görə, ölkəmizi təmsil edəcək ifaçının seçilməsi üçün 5 namizədin iştirak etdiyi qapalı kastinq keçirilib. Onların arasında Samirə Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov iştirak ediblər.
Təmsilçi musiqi produserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu Beynəlxalq Musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.
Daha öncədən də “Eurovision” müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi “Yeni ulduz”, “Böyük Səhnə” (3-cü yer) və “Səs Azərbaycan” (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samira Əfəndi 2017-ci ildə Almatıda “Silk Way Star” (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən “Voice of Nur-Sultan” Beynəlxalq festivalına qatılıb.
Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” (“Açıl!”) olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.
Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın “Eurovision-2020” Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!




