Azərbaycandan ABŞ-a qəti etiraz - Rəsmi
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qondarma rejimin nümayəndəsinin ABŞ ərazisinə daxil olması və qondarma qurumun ABŞ ərazisində təşviqinə icazə verilməsi bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəlikləri, eləcə də ABŞ-ın separatçı qondarma rejimin tanınmaması ilə bağlı dəfələrlə bəyan etdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.
“Bu addım, həmçinin münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir. Separatçı rejimin nümayəndələrinə ABŞ tərəfindən viza verilməsi ABŞ-ın viza prosedurları barədə ciddi suallar doğurur. Qəribədir ki, ABŞ tərəfindən viza verilməsinin liberallaşdırılması yanaşması keçmiş Sovet İttifaqı məkanındakı digər qanunsuz qurumlara münasibətdə yox, yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “rəhbərlərinə” münasibətdə tətbiq edilir.
Azərbaycan ərazilərinin işğalı və yüz minlərlə Azərbaycanlıya qarşı etnik təmizləmənin həyata keçirilməsində əli olan, müharibə cinayətkarı olan bu kimi şəxslərə qarşı fərdi sanksiyalar tətbiq olunmalıdır. Qondarma rejimin təşviqinə yönələn bu qəbildən olan addımlar ABŞ-ın Azərbaycanla münasibətlərdə səmimiliyi barəsində suallar yaradır. Diplomatik kanallarla Azərbaycanın qəti etirazı ABŞ tərəfinə çatdırılacaq”, – deyə məlumatda vurğulanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı - FOTO
İlham Əliyevdən Vilayət Eyvazovla bağlı SƏRƏNCAM
Baş Prokurorluq: "AZƏRTAC-la bağlı cinayət işi başlanılmayıb"
Bazarda Ermənistan istehsalı siqaretlərin satılması yalandır - DGK
İlham Əliyev Böyük Britaniyanın ixracat nazirini qəbul edib
İlham Əliyev və Mehriban Əliyeva təməlqoyma mərasimində - FOTO
Lerikə qeyri-qanuni yollarla istirahətə gedən 10 nəfər cərimələndi
