Azərbaycandan 400 min, illik isə 4 milyon manat qazanan Hadisə pullarını hara xərcləyir? - FOTOLAR
Türkiyə mediasında son günlər müğənni Hadisə haqqında iddialar artmaqdadır.
Hadisənin sərvətinin, pullarının hara xərclədiyi jurnalistlərin diqqətini çəkib. Belə ki, onun qazandığı pulları ABŞ və Belçikada investisiya etdiyi düşünülür.
Minval.İnfo xəbər verir ki, bu fikrin ortaya çıxmasına səbəb isə müğənninin Türkiyədə adına mülkünün olmamasıdır. Hadisənin sonuncu dəfə kirayə götürdüyü çimərlik sahibi ilə məhkəməsi zamanı onun ölkə ərazisində mülkünün olmaması məlum olub.
Hadisənin qazancı
Türkiyə mediasında verilən məlumatlara görə müğənni 10 il müddətində 8 ayrı markanın reklam partnyoru kimi fəaliyyət göstərib və bu müddətdə ən az 6 milyon manat qazanc əldə edib.
Konsert gəlirləri
“O səs Türkiyə” verlişində 8 il münsif olan Hadisənin burada həftəsinə 40 min manat aldığı öyrənilib.
Onun Türkiyədə konsertlərdən ən çox gəlir əldə edən müğənnilərdən biri olduğu məlumdur. Müğənninin hər ay 3-4 konsert verdiyi və hər birinə görə 50 min manat aldığı iddia olunur.
Bundan əlavə Türkiyə xaricində Kipr və ölkəmizə konsert üçün gəldiyi də məlumdur. Hadisənin 2003-cü ildə Bakıdakı konsertdən 150 min manat qazandığı, 2016-da isə yeni il konsertindən 250 min manat gəlir əldə etdiyi bildirilir. Ümumilikdə onun illik 4 milyon manata yaxın qazanc əldə etdiyi deyilir.
Hadisənin 2013-cü ildə Mayamidə villa aldığı və bundan əlavə investisyalar etdiyi türkiyə mətbuatında iddia olunur.
Belə başa düşülür ki, Hadisə Türkiyədə milyonlar qazansa da, öz gələcəyini başqa ölkələrdə görür. Hətta onun Fransız model Aureliyen Müller ilə xaricdə özlərinə gələcək planladığı da deyilir.
Tamerlan Mehdi
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
Seda Sayandan səhnədə romantik etiraflar!
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
Toydan dönən sürücü qəzaya düşdü: Yaralılar var
