Azərbaycandakı vərəm xəstələrinin STATİSTİKASI
Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrinin sayı azalıb.
Trend bildirir ki, 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrin sayı 8 684 (residiv halları istisna olmaqla) olub.
Bu say 2017-ci ildə 9 743, 2015-cı ildə -cı ildə 9 695, 2010-cu ildə 12 469, 2005-ci ildə 5 320 olub.
2018-ci ildə ölkədə 3 762 nəfərə ilk dәfә vərəm diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 3 666 olub.
2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinә düşən ilk dәfә vərəm diaqnozu qoyulmuş insanların sayı 43,7 nəfər olduğu halda, 2018-ci ildə bu say 38,3-ə enib.
Xəstələrin çoxuna ağciyər vərəmi diaqnozu qoyulub.
Ötən il 2 859 nəfərə ilk dəfə ağciyər vərəmi, 466 nəfərə vərəmli plevrit, 157 nəfərə sümük və oynaqların vərəmi diaqnozu təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq