Azərbaycanda yeni məmur vəzifəsi yaradılır
Azərbaycanda yeni məmur vəzifəsi yaradılır.
Modern.az-ın məlumatına görə, bununla bağlı “İcra məmurları haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, Azərbaycan Respublikasının Baş Probasiya (məhkumlara nəzarət) məmuru vəzifəsi təsis edilir. Müvafiq olaraq, yerlərdə Probasiya Xidməti məmurları vəzifəsi fəaliyyətə başlayır.
Probasiya Xidmətinin məmuru aşağıdakı vəzifələri də yerinə yetirir:
1.İcraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;
2. Üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə və onların nümayəndələrinə iş materialları ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;
3. Üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin müraciətlərinə baxır və müvafiq tədbirlər görür;
4. Probasiya xidməti və ya qurumun rəhbərinin göstərişlərini yerinə yetirir.
Qanun layihəsinə dəyişikliklər Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sabah 28 dərəcə isti gözlənilir
Qroznı-Bakı birbaşa uçuşları təxirə salındı
Azercell-in texnoloji həlləri beynəlxalq arenada parlayır
Ermənistana Azərbaycandan tranzitlə 41 vaqon taxıl göndərildi
Sabah "Mançester Yunayted" ilə tarixi qarşılaşmada!
Məktəb yaşı artırılır? Təhsil müddəti qısalır?
Naxçıvanda qaz təchizatında müvəqqəti fasilə