Azərbaycanda yarım milyon büdcəsi olan film çəkildi - Fotolar
Ötən gün Azərbaycan istehsalı olan “Qız qalası” filminin premyerası keçirilib. “Qafqazinfo” xəbər verir ki, fantastik komediya janrında çəkilən ekran işinin təqdimatı Nizami Kino Mərkəzində baş tutub.
İlham Qasımovun rejissorluq etdiyi layihədə Kəmalə Piriyeva, Elməddin Cəfərov, Reza Naji, Ziya Ağa və başqaları rol alıb.
Qala gecəsində maraqlı məqamlardan biri isə baş qəhrəmanlardan Ziya Ağa və Çinarə Məlikzadənin gecədə iştirak etməməsi olub. Mövzu barədə danışan İ. Qasımov Çinarənin İstanbulda, Ziyanın isə Akademik Milli Dram Teatrında tamaşada olduğunu qeyd edib.

Bildirilib ki, film Bakı şəhəri ərazisində çəkilib və büdcəsi yarım milyona yaxın olub. Həmçinin layihənin ərsəyə gəlməsində təkcə Azərbaycan yox, İran istehsalçılarının da rolu olub.
“Qız qalası” əfsanəsinin motivləri əsasında çəkilən layihənin təxminən 20 dəqiqəsində tarixi səhnələr yer alıb.









Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi