Azərbaycanda tələbədə yoluxucu xəstəli̇k aşkarlandı
Bakı Dövlət Universitetində (BDU) tələbələrə tibbi müayinədən keçməyəcəkləri halda, imtahanlara buraxılmayacaqları barədə xəbərdarlıq edilib.
A24.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb universitetin Tarix fakültəsində təhsil alan tələbələrin birində yoluxucu xəstəliyin aşkar edilməsi olub. Belə ki, dərs zamanı fakültənin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Elnur Ağayevin (ad və soyad şərtidir) səhhətində problemlər yaranıb. O, dərhal universitetin poliklinikasına yerləşdirilib.
Müayinələrdən sonra həmin tələbədə vərəm aşkarlanıb. Bundan sonra BDU rəhbərliyi tərəfindən fakültənin həmin kursda təhsil alan bütün tələbələri müayinəyə cəlb olunub. Tələbələrə müayinə olunmayacaqları təqdirdə, imtahanlara buraxılmayacaqları barədə xəbərdarlıq edilib. Məlumata görə, sözügedən tələbələrin müayinəsinə artıq başlanılıb.
Qeyd edək ki, sağlamlığında vərəm aşkarlanan tələbəyə məzuniyyət verilib. Ona sağalmayacağı təqdirdə universitetdən xaric ediləcəyi barədə məlumat verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qanlı hadisə
Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı - FOTO, VİDEO
Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi işdən çıxarıldı
Jurnalistlərin İrpenə girişi qadağan edildi
Koronavirusla mübarizə aparan həkimlərimizin - Videosu
Xanım boksçumuz barəsində cinayət işi açıldı
Mələk Heydərova: "30 yaşım var, mənim yengəyə ehtiyacım yoxdur" - FOTOLAR