Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı – VACİB YENİLİK
“Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir.
Minval.info-nun APA-ya istinadən məlumatına görə, qanuna əlavə və dəyişiklik Azərbaycan prezidenti tərəfindən irəli sürülüb.
Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və “C1” altkateqoriyaları müəyyənləşir və 18 yaşdan etibarən istifadə hüququna şamil edilir.
4-cü bəndə edilən əlavəyə görə, “BE” kateqoriyası ilə yanaşı “C1E” altkateqoriyası müəyyənləşdirilir və 19 yaşdan etibarən istifadə hüququ verilir.
6-cı bəndə edilən əlavə və dəyişikliyə görə isə “D” kateqoriyası ilə yanaşı “D1” altkateqoriyası müəyyənləşdirilir və 23 yaşdan etibarən istifadə hüququ verilir.
Layihəyə görə “D1E” altkateqoriyası da müəyyənləşir və 25 yaşdan 65 yaşadək sürücülük hüququ verilir. Eyni zamanda bu altkateqoriya “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərti ilə verilir.
Maddəyə II-I hissə də əlavə edilir: Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan etibarən əldə edə bilərlər.
Qeyd edək ki, “B1” altkateqoriya trisikl (tricycles) və kvadrosikl (quadricycles) nəqliyyat vasitələri növünə aiddir. “C1” altkateqoriya isə 3,500-7,500 kiloqram ağırlığında kiçik və orta yük maşınlarını, römorklu yük maşınlarını (750 kq-dək ağırlıqlı) idarə etməyə imkan verir. “C1E” altkateqoriyası bir ağır tonnajlı yük avtomobili (TİR) ilə orta yük maşınlarına, “D1” minibus (8-15 sərnişin daşıma) nəqliyyat vasitələrinə aiddir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezidentdən yeni sərəncam
“Məsələ qaldırsaq da, problemlər həll olunmur” - Deputat
Bərdədə susuz qalan şəhid bulağı
Eldar Əzizov Avropadan Bakıya yeni zibil qabları gətizdirdi (FOTO)
Şimal bölgəsinə gedənlərə xəbərdarlıq edilir