Azərbaycanda sosial məzuniyyət kimlərə verilir?
Azərbaycanda işləyən qadınlar üçün hamiləlik və doğuş sonrası dövrlərdə 126 günlük ödənişli məzuniyyət imkanı təqdim edilir. Bu müddət doğuşdan əvvəl 70 gün və doğuşdan sonra 56 gün olaraq müəyyən edilib.
Minval.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, doğuşdan əvvəlki məzuniyyət müddəti, doğuşun gözlənilən tarixindən uşağın doğulduğu günə qədər uzadılır və bu uzatma doğuşdan sonrakı məzuniyyət müddətini azaltmır.
İki aylığadək yaşında uşağı övladlığa götürən qadınlar da doğuşdan sonra 56 günlük ödənişli sosial məzuniyyətdən yararlana bilərlər. Eyni zamanda, uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında 14 günlük ödənişli məzuniyyət verilir.
Uşağa birbaşa qulluq edən valideynlərdən biri və ya ailənin digər üzvü, uşağın üç yaşı tamam olanadək ona qulluq etmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət alaraq qismən ödənişli sosial məzuniyyət hüququna malikdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeron və Bakının 5 rayonunda su təchizatı dayandırılacaq
Bakıda və Abşeronda su təchizatında müvəqqəti fasilə olacaq
Korrupsiya barədə məlumat verənlərə PUL VERİLƏCƏK
Baş Dövlət Yol Polisi sürücülərə vacib xəbərdarlıq edib
FHN su hövzələrində yeni xilasetmə məntəqələri tikəcək
Bakıda və bölgələrdə leysan və dolu gözlənilir
Sentyabrda Bakı metrosunda sərnişin sıxlığı artıb