Azərbaycanda son günlər aşkarlanan yoluxmaların mənbəyi açıqlanıb
“Azərbaycan ərazisində son günlər ərzində koronavirusla bağlı aşkar olunan pozitiv testlərin 20 faizi Rusiyadan gələn arasında müəyyən edilib”.
“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, son günlər Samur keçid məntəqələrində Rusiyadan qayıtmaq istəyən insanların toplaşması halları müşahidə olunur: “Rusiyada olan vətəndaşlarımız ardıcıl və növbəlilik əsasında ölkəyə gətiriləcək. “Evə gəlirəm” portalı vasitəsində qeydiyyatdan keçən şəxslərin ardıcıllıq nömrəsi təyin ediləcək. Onlar da müəyyən qruplar şəkildə ölkəyə buraxılacaq”.
H.Hacıyev qeyd edib ki, 200-400 sayda insanın növbəli şəkildə gəlişi təmin ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bütün gözlər TÜRKİYƏDƏ! Ankara onları sınağa çəkir - Yaxın günlərdə...
Azərbaycanda baş redaktorun anası koronavirusdan vəfat etdi
Aparıcı Azərlə Pərvin Abıyeva dalaşdı: "Sən küçə qadınısan" - VİDEO
Ramil Usubov Təhlükəsizlik Şurasının katibi postunda kimi əvəz etdi?
"Donuz qripi"ndan öldüyü deyilən tələbənin həkimindən açıqlama