28.05.2019 - 23:11
Hadisə
15 baxış
Azərbaycanda sel suları körpünü apardı
Qubanın Tülər kəndinə yağan güclü yağış fəsadlara səbəb olub.
Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi xəbərə görə, kənd ərazisindən keçən Ağçay çayı üzərində tikilən keçid körpüsünü sel suları aparıb.
Quba rayon İcra Hakimiyyətinin Tüləkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Məmmədhüseynovun Oxu.Az-a verdiyi məlumata əsasən, kəndlə əlaqə kəsilməyib. Avtomobillər alternativ yoldan istifadə edərək rayon mərkəzinə gedib-gələ bilirlər:
“Güclü yağış səbəbindən çayda suyun səviyyəsi çoxalıb. Borulardan ibarət olan körpünü su aparıb. Lakin gediş-gəlişdə çətinlik yoxdur. Körpünün bərpası üçün suyun səviyyəsinin azalmasını gözləyirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24