Azərbaycanda rüşvət qalmaqalı: Yüksək vəzifəli şəxslər həbs olundu
Azərbaycanda rüşvət almaqda ittiham olunan bir neçə vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə təqdim edilib.
Minval.info xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidməti bu barədə məlumat yayıb. Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin rəisi Nurlan Abbasov, həmin şöbənin çağırış bölməsinin rəisi Şahlar Usubəliyev və bölmənin zabiti Taleh İsmayılovun qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb.
İstintaq nəticəsində, bu şəxslərin 2025-2026-cı illərdə vəzifələrindən sui-istifadə edərək, xaricdə təhsil üçün qanunsuz möhlət hüququ verilməsi və ölkədən çıxışa məhdudiyyətlərin tətbiq olunmaması üçün müxtəlif məbləğlərdə rüşvət aldıqları müəyyən edilib. Toplanmış sübutlar əsasında onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə qərarı ilə bu şəxslər həbs olunub və vəzifələrindən kənarlaşdırılıblar.
Cinayət işi Tərtər Hərbi Məhkəməsinə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!