15.05.2019 - 09:56
Картинки по запросу ace temizlik kadın
Hadisə 27 baxış

Azərbaycanda qadın “ACE”dən zəhərlənib öldü

Картинки по запросу ace temizlik kadınŞamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib.

Minval.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, S. Musayeva mayın 13-də yaşadığı evdə “ACE” kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib. Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib.

S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: