Azərbaycanda qadın 22 yaş kiçik sevgilisi tərəfindən bıçaqlandı
Gəncə sakini, paytaxtın Nəsimi rayonunda kirayə yaşayan 1977-ci il təvəllüdlü A.B. qeyri-rəsmi birgə yaşadığı şəxs tərəfindən bıçaqlanıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, o, bununla bağlı Nəsimi rayon polis şöbəsinə müraciət edib. Bildirib ki, avqustun 24-də kirayə yaşadığı evdə, 1999-cu il təvəllüdlü, Yasamal rayon sakini Aslan Qurbanlı ona bıçaqla çoxsaylı xəsarət yetirib.
Belə ki, A. Qurbanlı sevgilisindən ona su verməsini istəyib. Qadın suyu vermədiyinə görə, A. Qurbanlı ona bıçaqla hücum edib. Nəticədə kürək nahiyəsindən, döş qəfəsindən, baş və yanaq nahiyəsindən xəsarət yetirərək evi tərk edib.
Xəsarət alan qadın isə 1 saylı Klinik Tibbi Mərkəzə müraciət edib. O, hadisə vaxtı evdə ikisinin olduğunu qeyd edib. Q. Aslanın tapılması istiqamətində Nəsimi rayon polis şöbəsində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
