Azərbaycanda porsche cayenne electric təqdimatı: Su üzərində möhtəşəm şou!
Azərbaycanda yeni Porsche Cayenne Electric modelinin təqdimatı baş tutdu. Bu möhtəşəm tədbir 2 avqust tarixində Sea Breeze Yacht Club-da keçirildi və Porsche həvəskarlarını bir araya gətirdi. Tədbirdə iştirakçılar yeni avtomobilin dizaynı, texnologiyaları və performans xüsusiyyətləri ilə yaxından tanış oldular.
Minval.info xəbər verir ki, tədbirin açılışında Əfəndilər Qrupun İcraçı Direktoru Amal Əlili qonaqları salamladı və şirkətin Azərbaycanda elektromobillərin inkişafındakı rolunu vurğuladı. O, Əfəndilər Qrupun ölkədə ilk tam elektrikli avtomobillərin satışını həyata keçirən rəsmi idxalçı olduğunu qeyd etdi və bu sahədəki təcrübənin gələcək planlar üçün əhəmiyyətini bildirdi.
Yeni Cayenne Electric-in təqdimatı isə xüsusi bir konsepsiya ilə yadda qaldı. Suyun üzərində yerləşdirilmiş xüsusi platformada avtomobilin üzəri dalğıclar tərəfindən açıldı və bu, gecənin ən yaddaqalan anlarından biri oldu.
ƏLAQƏLİ
Xalq artisti gənclərə çağırış etdi: "öz yolunuzu tapın, təqlid etməyin
Yeni Cayenne Electric modeli Azərbaycanda iki fərqli kuzov seçimi ilə – Cayenne və Cayenne Coupé – təqdim edildi. Bu model, gündəlik funksionallığı qoruyaraq, dinamik dizayna üstünlük verənlər üçün alternativlər təklif edir. Cayenne Turbo Electric versiyası isə 1 156 at gücünə malikdir və 0-dan 100 km/saat sürətə cəmi 2,5 saniyəyə çatır, bu da onu Porsche-nin ən güclü seriya avtomobili edir.
Yeni Cayenne Electric, Porsche üçün yalnız mövcud SUV modelinin elektrik versiyası deyil, həm də superkar səviyyəsində sürətlənmə, SUV funksionallığı və yeni nəsil elektrik texnologiyalarını birləşdirərək yeni bir dövrün başlanğıcını qoyur. Porsche-nin digər elektromobilləri ilə tanış olmaq istəyənlər Porsche Bakı Mərkəzinə müraciət edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti gənclərə çağırış etdi: "öz yolunuzu tapın, təqlid etməyin
Emin ağalarovun ad günü sürprizi: "Hədiyyən mənəm" dedi
Azərbaycanda rüşvət qalmaqalı: Yüksək vəzifəli şəxslər həbs olundu
Erkən evlilik: Gələcəyin əlindən alınması və valideyn məsuliyyəti
Ağdaşda erkən nikahın qarşısı alındı: İtv əməkdaşlarına hücum anı kamerada!