Azərbaycanda polisin saxladığı qadın: “Şeytan aldatdı” - VİDEO
İsmayıllı rayonunda oğurluq hadisəsi olub.
Bu barədə “Minval”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinə rayonun Qurbanəfəndi kəndində yerləşən evlərin birindən 2000 manat pul və 2240 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxil olan müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, dilənçiliklə məşğul olan Sahibə Mahmudova saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin avqustun 28-i günorta saatlarında evdə heç kimin olmamasından və qapının açıq olmasından istifadə edərək həmin ünvana daxil olduğu, niyyətini həyata keçirdikdən sonra isə oradan uzaqlaşdığı məlum olub.
Saxlanılan şəxs ifadəsində oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib.
“Gördüyüm işdən peşmanam. Şeytan aldatdı məni. Hamıdan üzr istəyirəm”, – deyə Sahibə Mahmudova bildirib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Mahmudovanın digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"