"Azərbaycanda oynasam, oranın himnini oxuyaram"
Türkiyə Superliqasının VI turunda keçirilən “Qalatasaray” – “Fənərbağça” oyunu zamanı qonaq komandanın hücumçusu Maks Kruzenin hərəkəti nəticəni kölgədə qoyub.
Matc.az xəbər verir ki, almaniyalı futbolçunun oyunun əvvəlində Türkiyə himnini oxuması müzakirə mövzusuna çevrilib.
“Beyaz TV”də yayımlanan “Beyaz Futbol Proqramı” verilişində Sinan Engin “Kruzeyə istiqlal marşını Acun Ilıcalı öyrədib” deyib. Digər şərhçi Ahmet Çakar isə almaniyalının bununla hokkabazlıq etdiyini düşünür.
Daha sonra verilişə canlı yayımla bağlanan tanınmış aparıcı Acun Ilıcalı bu tənqidlərin haqsız olduğun söyləyib: “Maks Kruze 30 dəfə Almaniya yığmasının formasını geyinmiş futbolçudu, şou göstərməyə ehtiyacı yoxdu. Görünür, Almaniyada bizim vətəndaşları sevib. Hər yerdə irqçilik var, amma biz əcnəbilərlə mehribanıq. Azərbaycanda oynasam, oranın himnini oxuyaram. Biri çıxıb mənə şarlatan desə, bütün həvəsim qırılar. Kruze türkcə danışmağa başladı, insanlarımızı sevir. Bu gözəllikdən hoqqabazlıq çıxarsaq, insanlar bizi necə sevəcək? Bu insan sabah Almaniyaya gedəndə Türkiyə haqda danışacaq. Bir almanın gedəndən sonra “məni gözəl qarşıladılar” deməsi yaxşı olmaz?”
Qeyd edək ki, “Qalatasaray” – “Fənərbağça” oyunu qolsuz bərabərliklə nəticələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır