Azərbaycanda orta aylıq əmək haqqı 3% artıb - Rəsmi
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9% artaraq 540,1 manat olub.
Minval.info bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
2018-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 1 553,6 min nəfər olub, onlardan 888,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,5%-i təhsil, 18,5-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,5%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Fərman imzaladı
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
Agentliyin sədrinə yeni vəzifə verildi
TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ