Azərbaycanda onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb
Son 14 il ərzində Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb.
Minval.info Trend-ə istinadən bildirir ki, 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı artaraq 48 685-ə yüksəlib.
2017-ci ildə bu say 45 756, 2015-cı ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub.
2018-ci ildə ölkədə 11 123 nəfərə ilk dәfә onkoloji diaqnoz qoyulub ki, bu say da 2005-ci ildə 6 277 olub.
2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinin 74,9 nəfərinə ilk dәfә onkoloji diaqnoz qoyulduğu halda, 2018-ci ildə bu say da artaraq 113,3 olub.
Ötən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 5 468-i kişi, 5 655-i qadın olub. Keçən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 103-ü yaşı 13-dək olan uşaqlar, 21-i 14-17 yaşlı uşaqlar, 243-ü 18-29 yaşlı gənclər, 254-ü 30-34 yaşlı, 366-sı 35-39 yaşlı insanlardır. Onkoloji diaqnoz qoyulan insanların böyük hissəsi yaşı 40-dan çox olanlardır.
Keçən il 4 836 nəfər 40-59 yaşlı, 5 300 nəfər 60 vә yuxarı yaşlı insana ilk dəfə onkoloji diaqnoz qoyulub.
Ötən il onkoloji diaqnoz qoyulanların çoxuna (1 799) süd vəzisinin bədxassəli şişi diaqnozu təyin edilib.
Ötən il 1 341 nəfərə traxeya, bronx, ağciyərin, 1 211 nəfərə mədənin, 426 nəfərə qida borusunun, 201 nəfərə ağız boşluğunun və udlaq vəzinin bədxassəli şişi diaqnozu qoyulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bədəndə çox sayda xal olması nəyin əlamətidir - Diqqət
Gözlərdəki bu əlamətlər koronavirusun simptomları ola bilər
Azərbaycanda iki dərmanın satışı qadağan edildi
“Omicron” ştamının görüntüsü yayıldı
Vaksinasiya ilə bağlı son vəziyyət
Dünya ölkələrində hansı vaksindən istifadə olunur? - SİYAHI
Hande Harmancı: "İnsanlarda səhiyyə xidmətlərinə inam yaratmaq lazımdır"