Azərbaycanda nazirə qadın müavin təyin olundu

Azərbaycanın təhsil nazirinə yeni müavin təyinatı olub.
Minval.İnfo xəbər verir ki, müvafiq sərəncamla Məhəbbət Məhərrəm qızı Vəliyeva təhsil naziri Ceyhun Bayramovun müavini vəzifəsinə təyin edilib.
O bunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləyirdi.
Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.
1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülüb.
Psixologiya üzrə fəlsəfə doktorudur.
2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib.
Təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəkidə faciə: Ailə AzTV-yə etiraz etdi
Afaq Gəncəli doğum gününü xanımlarla qeyd etdi
Bakıda sabah 28 dərəcə isti gözlənilir
Qroznı-Bakı birbaşa uçuşları təxirə salındı
Azercell-in texnoloji həlləri beynəlxalq arenada parlayır
Ermənistana Azərbaycandan tranzitlə 41 vaqon taxıl göndərildi
Sabah "Mançester Yunayted" ilə tarixi qarşılaşmada!