Brilliant ərinə klip həsr etdi
Xalq artisti Brilliant Dadaşova yeni klipini təqdim edib.
Minval.info-nun məlumatına görə, söz və musiqisi Fərid Kərimliyə məxsus olan “Şükür ola” adlı mahnıya çəkilən klip “Caspian Media Holding” şirkəti tərəfindən istehsal olunub. Klipdə müğənni ilə bərabər modellər Marina Dar və Kənan Mehdi çəkiliblər. Onlar ekran işində sevgili cütlüyü canlandırıblar. Klipin çəkilişləri yay aylarında Qubada aparılıb.
Qeyd edək ki, bu mahnını müğənni həyat yoldaşı Ədalət Hacıyevin doğum gününə həsr edib sosial şəbəkə hesabında bu sözləri yazmışdı: “31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm”.
https://www.youtube.com/watch?v=TJ_kOkCDnT8&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır