16.07.2019 - 08:56
Hadisə 1 baxış

Azərbaycanda mikroavtobus qəzaya uğradı

Bakı-Qazax avtomobil yolunda mikroavtobusun qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.

Minval.İnfo “report”a istinadən xəbər verir ki, Qazax istiqamətində gedən “Ford” markalı mikroavtobusun “Opel”ə çırpılıb.

Qəza nəticəsində Bakı şəhər sakinləri – 1973-cü il təvəllüdlü Afaq Dadaşova, 1979-cu il təvəllüdlü Yüsif Əliyev, Tovuz rayon sakinləri – 1975-ci il təvəllüdlü Qələndər Niyazov və Səbinə Mayılova müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

Onların vəziyyətinin qənaətbəxş və kafi olduğu bildirilir.

Daha bir yüngül xəsarət alan sərnişin, Səkinə Qurbanovaya isə hadisə yerində ambulator yardım göstərilib.

Qəza zamanı xəsarət alanlar mikroavtobusun sərnişinləridir, “Opel” markalı avtomobildə isə xəsarət alan olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: