Azərbaycanda mikroavtobus aşıb, xəsarət alanlar var
Qusar rayonunda yol qəzası baş verib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba-Dağıstan-Rusiya Federasiyası yolunun Qusar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini Xaləddin Murtuz oğlu Rzayevin idarə etdiyi “Ford-Transit” markalı, 90-BV-462 dövlət qeydiyyat nişanlı mikroavtobus idarəetməni itirərək yol kənarındakı gölməçəyə aşıb. Nəticədə üç nəfər – Sevil Tofiq qızı Mirzəyeva, Sənan Adil oğlu Nəsirov və Faiq Muxtar oğlu Məsumov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Mikroavtobus Dağıstan Respublikasının Mahaçqala şəhərinə gedirmiş, içərisindəkilərin də Bakı şəhər sakinləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı