Azərbaycanda əməliyyat zamanı xəstənin qarnında yad cisim unuduldu - FOTO

Bərdə rayonunda tragikomik hadisə baş verib. Ötən ilin sentyabrında doğuş zamanı əməliyyat olunan qadının bədənində yad cisim qalıb.
Məlumata görə, həkim səhlənkarlığına görə səhhəti pisləşən 25 yaşlı qadın növbəti dəfə əməliyyat olunmalıdır.
Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində Qeysəriyyə əməliyyatı edilən rayon sakini Əsədli Günay son aylar qarın nahiyyəsindəki küt ağrılar səbəbi ilə Bakı şəhərində yerləşən özəl xəstəxanaların birinə müraciət edib. Müayinə zamanı məlum olub ki, qadının bədənində əməliyyatdan sonra tənzif parçası qalıb.
Gənc qadını Bakıda müayinə edən həkimlər bildirib ki, qadının qarın nahiyyəsində aşkarlanan tənzif uzun müddət orada qaldığından çürüyüb və təhlükə mənbəyinə çevrilib.
Bu səbəbdən qadın təcili olaraq yenidən əməliyyat olunmalıdır. Ancaq ailənin bu əməliyyata maddi imkanı çatmır.
Məsələ ilə bağlı Bərdə rayon mərkəzi xəstəxanasından bildirilib ki, hadisə ən qısa müddətdə araşdırılacaq. (Oxu.Az)

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır