10.08.2018 - 14:35
Ölkə
18 baxış
33 nəfər həbs edilib
Avqustun 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 122 cinayət faktı qeydə alınıb. Onların da 27-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
12.09.2026 - 23:07
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
12.09.2026 - 21:57
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
12.09.2026 - 21:36
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
12.09.2026 - 21:15
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
12.09.2026 - 20:40
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
12.09.2026 - 19:30
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər
12.09.2026 - 19:02
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
12.09.2026 - 18:48
